“Valideynin məktəbdə bir günü”

14.12.2019-сu il tarixində 74 nömrəli tam orta məktəbdə “Valideynin məktəbdə bir günü” layihəsinin növbəti mərhələsi keçirildi. Valideynlər məktəbə dəvət olundu, şagirdlərimizin əl işlərindən ibarət sərgiyə, idman zalı, kitabxana, informatika kabineti ilə tanışlıq oldu. Valideynlər dərslərdə iştirak etdilər, sonra isə şagirdlərimizin hazırladıqları əyləncəli proqrama tamaşa etdilər.