"Əhməd Cavad və onun yaradıcılığı"

Oktyabrın 27-si 2022-ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-136 nömrəli əmrinin II bəndini əsas tutaraq Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə Azərbaycan dili və ədəbiyyat kafedraları üzrə "Əhməd Cavad və onun yaradıcılığı" adlı elmi-praktiki konfrans keçirildi. Elmi-praktiki konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Ardınca "Zəfər Tariximiz"in şəhidləri 1 dəqiqəlik sükutla yad edildi. Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev qonaqları və tədbir iştirakçılarını salamlayaraq konfransın mahiyyəti haqqında məlumat verdi. Ardınca 72 nömrəli məktəb-liseyin şagirdi Nuri Fatimə, 192 nömrəli tam orta məktəbin şagirdi Cəfərova Səkinəbəyim, 307 nömrəli tam orta məktəbin şagirdi Əmirli Abbas, 307 nömrəli tam orta məktəbin Humanitar bölməsinin rəhbəri və tarix müəllimi Məmmədova Afət, 28 nömrəli tam orta məktəbin direktoru, pedaqogika üzrə fəlsəfə doktoru Əmircanova Qənirə öz məqalələri ilə çıxış etdilər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi sektorunun müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Sevinc xanım Rəsulova çıxış edərək elmi-praktik konfrans haqqında yekun fikirlərini söylədi. Sonda 307 nömrəli tam orta məktəbin Texniki bölməsinin hazırladığı videoçarxa baxış oldu. Elmi-praktiki konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi sektorunun müdiri Sevinc xanım Rəsulova, İnkişaf layihələri üzrə sektorun baş məsləhətçisi Sevinc xanım Əzimova, məktəb direktorları, KA prezidentləri, müəllimlər, şagirdlər iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi