"Kiçik Akademiya" layihəsi əsasında məktəblər arasında körpü təşkil olundu

 "Kiçik Akademiya" layihəsinə əsasən 74 nömrəli tam orta məktəbdə tədbir təşkil olundu. Belə ki, "Kiçik Akademiya"nın rəhbəri Renata Əliverdiyeva "Dunya School" və 74 nömrəli tam orta məktəbləri arasında kiçik bir körpü yaratdı. "Dünya School" İB şöbəsi üzrə ingilis dili müəllimi Əminə Məmmədova məktəbə dəvət olunaraq məktəbin  şagirdləri ilə interaktiv seminar təşkil etdi. Seminar "interaktiv-conversation" - ünsiyyət əsasında təşkil olundu. Şagirdlər tədbirdə böyuk həvəs və maraqla iştirak etdilər. Hər bir şagird Əminə Məmmədovanın qarşıya qoyduğu məsələni müzakirə edərək sualları cavablandırdılar. Seminarın məqsədi şagirdlərdə müxtəlif dil qabiliyyətlərini inkişaf etdirmək və xarici dillərin mənimsənilməsinin gənc nəslin inkişafında onların təhsil və  karyeralarında nə dərəcədə önəmli olduğunu vurğulamaq idi. Seminarın sonunda Əminə Məmmədova xüsusi çıxışları ilə seçilən şagirdləri  "Dunya School"a dəvət edərək növbəti görüşün məhz "Dunya School"da təşkil olunacağını vurğuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi