Bioloji təcrübə adlı dəyirmi masa

Məktəbdə fəaliyyət göstəren Kiçik Akademiyanın tədbirlər planına uyğun olaraq 14 dekabr 2021 - ci il tarixdə məktəbin konfrans zalında şagirdlərin tədqiqat bacarıqlarını inkişaf etdirmək məqsədilə təlim tərbiyə işləri üzrə direktor müavini Həmidova Floranın rəhbərliyi və biologiya müəllimlərinin təşkilatçılığı ilə keçirilmişdir. Tədbirdə təlim - tərbiyə işləri üzrə direktor müavini Həmudova Flora tərbiyə işləri üzrə direktor müavini Bayramova Vüsalə Uşaq birliyi rəhbəri Məmmədova Almaz , biologiya müəllimləri və şagirdlər iştirak etdilər. Tədbiri giriş sözü ilə açan Həmidova Flora Kiçik Akademiyanın fəaliyyətindən bəhs etmiş, şagirdlərin tədqiqat bacarıqlarının inkişaf etdirilməsi məqsədilə belə tədbirlərin mütəmadi olaraq keçiriləcəyini vurğulamışdır. Sonra biologiya metodbirləşmə sədri çıxış etdi və tədqiqat aparan şagirdləri təqdim etdi. Sonda şagirdlər keçirdikləri bioloji təcrübələri tədbir iştirakçıları ilə bölüşdülər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi