"Şərqdə ilk Respublika - Müstəqil Azərbaycan" adlı elmi-praktiki konfrans

27.05 2021-ci il tarixdə Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə mərkəz "Kiçik Akademiya" nın, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə "Şərqdə ilk Respublika - Müstəqil Azərbaycan" adlı elmi-praktiki konfrans təşkil olunmuşdur. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamışdır. Ardınca Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə mərkəz "Kiçik Akademiya" nın rəhbəri, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini Sərxan Şahverdiyev çıxış edərək, elmi-praktiki konfrans haqqında məlumat verdi.  Elmi-praktiki konfransın gündəliyinə əsasən 113 nömrəli tam orta məktəbin direktoru Gültəkin Rüstəmova , 128 nömrəli tam orta məktəbin "Kiçik Akademiya" rəhbəri Sevinc Fətullayeva, 305 nömrəli tam orta məktəbin şagirdi Mahmudlu Ümid "Şərqdə ilk Respublikanın yaradılması", "Müstəqil Azərbaycan", "Heydər Əliyev və Müstəqil Azərbaycan", " Zəfər Tariximiz" mövzularına toxunaraq elmi-məqalə, təqdimatla çıxış etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi