Riyaziyyat dərsi

8 fevral 2015-ci il tarixində 72 saylı məktəb-liseyin riyaziyyat-informatika müəllimi Heydərova Təranə Va sinfində riyaziyyat fənnindən açıq dərs keçirmişdir. Açıq dərsi məktəbin müəllimləri və rəhbərliyi dinləmiş və müzakirə olunmuşdur. Dərsin mövzusu “Dördbucaqlılar. Ölçülərinə görə düzbucaqlının qurulması” idi. Şagirdləri fəallaşdırılması üçün motivasiya uşaqlara tanış olan həyati misallar üzərində quruldu. Şagirdlərin köməyi ilə tədqiqat sualı qoyuldu. Sualın cavabını araşdırmaq üçün çox maraqlı, əyləncəli şəkildə sinif qruplara bölündü. Hər qrupun adı mövzuya uyğun olaraq şagirdlərin iştirakı ilə adlandırıldı. Qruplara tapşırıq verildi. Hər bir qrupun üzvü tapşırığın həllinə cəlb olunmuşdu və işgüzar əməkdaşlıq mövcud idi. Təqdimat zamanı tapşırıqların cavabları sanki digər iştirakçılara da izah olunmaqla təqdim edilirdi. Növbəti tapşırıqda hər bir qrupun üzvü elektron lövhədə verilmiş hər bir fiqurun altından ona aid olan xüsusiyyətləri göstərməklə öz qrupunun işini nümayiş etdirirdi. Kiçik müzakirədən sonra şagirdlər fikirlərini özləri ümumiləşdirib tədqiqat sualının cavabını tapdılar. Yaradıcı tətbiq etmə zamanı şagirdlər fərdi olaraq tapşırıqlar həll etdilər. Dərsin mənimsənilməsi üçün məllim həm qrup həm də fərdi iş üsullarınnan istifadə etməklə şagirdlərə mövzunun mənimsəmələrində geniş imkan yaratdı. Müəllim mütəmadi olaraq qiymətləndirmə apardı. Sonda isə hər qrup özlərini qiymətləndirdilər. İş dəftərindən dördbucaqlılara aid ev tapşırığı verildi.
XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi