ingilis dili dərsi

Azərbaycan təhsil sisteminə 90-cı illərdən başlayaraq yeni pedaqoji terminalogiya “Kurikulum” daxil olmuşdur . Daha sonralar elm və təhsil sahələrində termin kimi işlənməyə başlanan kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi, biliкlərini zənginləşdirməкlə yanaşı, şagirdlərin inkişaf səviyyəsini, onların meyil və marağını əsas götürmüşdür.Belə tədris məşğələlərinin yaranması təhsilin demokratik əsasda qurulmasının nəticəsidir.İnformasiyaların çoxaldığı, uşaqların məlumatının artdığı hazırkı şəraitdə dərsləri daha mütəhərrik və dinamik xarakterdə qurmaq, onu maraqlı fəaliyyət obyektinə çevirmək tələb olunur. Bu baxımdan qeyri-standart dərslər imkanlarına görə xüsusi əhəmiyyət daşıyır.Yeni kurikulum sistemi ilə keçırilən dərsdə məqsəd şagirdlərə qrup halında işləməyi öyrətmək və verilən mövzu ətrafında müzakirələr yaratmaqdır. Beləliklə sinifdə hər kəs ayrı-ayrılıqda öz bilik və bacarığını nümayış etdirir. . Müəllim dərsin strukturunu müəyyənləşdirməkdə sərbəst olur. Bu şagirdləri öyrənməyə həvəsləndirmək üçün forma və struktur müəyyənləşdirir, seçdiyi vasitə və üsullarla onu zənginləşdirir. Dərslər-rollu oyunlar, dərslər-ekskursiyalar, dərslər-oyunlar, dərslər-konfranslar, kompyuter-dərslər, dərs-məhkəmə, dərs-yarış və s. kimi keçirilir. Bütün bunlara əsaslanaraq 04.02.2016-cı tarıxində 5ə sinfində keçirilən ingilis dili dərsi də buna misal ola bilər. Şagirdlər " My hobby" adlandırılan işi "Bilmediyini biləndən sor " devizi ilə sinifdə 2 qrupa bölünmüş və ayrı-ayrılıqda hazırladıqları işlərini birlikdə sinifdə müzakirə edərək 2 qəzet çıxartmışlar. Hər komandanın kapitanı öz qəzetinə cavabdehlik daşıyır. Birlikdə ərsəyə gələn material şagirdlərin bilmədiklərini bir-birlərindən öyrənməyə şərait yaradır və öz fikirlərini sərbəst catdırmaga və özünə inamı artırır.Konkret təlim standartlarının reallaşmasına yönəlmiş bu dərs nümunələrinin hər biri ayrılıqda xüsusi təlim məqsədlərinin həyata keçirilməsinə xidmət göstərir
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi