YENİ İL!

72 saylı tam orta məktəb liseydə “Dünya azərbaycanlılarının həmrəylik günü” və “Yeni il bayramı” münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə 8b sinif şagirdləri həmrəylik gününə aid şerlər söyləmiş, S.Vurğunun “Azərbaycan” şerini ingilis dilində ifa etmişlər. 8c və 8d sinif şagirdləri isə “Həmrəyliyimizi nümayiş etdiririk” yallı rəqsini təqdim etdilər. Yeni ili yeni sabahlara, yeni uğur və qələbəyə, inama səfərbər etmək üçün 8c sinif şagirdləri şerlər söylədi. 1e sinfinin şagirdləri də mahnı oxuyaraq tədbirə öz töhvələrini verdilər. 7b sinif şagirdləri “Qar adamları” səhnəciyini, ingiliscə müxtəlif şerləri və “Santa, santa, santa high in the sky” mahnısını ifa etdilər. 8b sinfinin şagirdləri “Qar dənəcikləri” valsı, 7a və 7c siniflərinin şagirdləri isə “Happy new year” mahnısı ilə tədbirə yaraşıq verdilər. 6d sinfinin şagirdləri “Azərbaycan deyəndə” və “Həmrəylik gününüz mübarək olsun” şerləri ilə çıxış etdilər. 8c sinfinin şagirdi Mirzəyeva Ləman sazda “Azərbaycan” mahnısı ilə, həmin sinfin şagirdi H.Ofeliya isə gözəl şer ifası ilə qəlbləri oxşadılar. Məktəbimiz dünyada baş verən terror hadisələrinə də biganə qalmadı. Belə ki, bütün sinif şagirdləri birlikdə “Heal the world” mahnısını ifa edərək hər kəsi sülhə səslədi. 8-ci sinif şagirdləri hər bir qış gecəsinin nağılı olduğu kimi tədbirin sonunda “Ayın oğlu” ispan əfsanəsi nağıl səhnəciyini ingilis, azərbaycan və rus dilində ayın bədirlənməsini və aypara şəklində olmasını pantamimo teatrı və mahnı ilə nümayiş etdirdilər. Sonda aparıcılar “Who says” mahnısının təqdimatı zamanı mahnının mənasına uyğun olaraq bildirdilər ki, kim deyir ki, biz bacarmarıq. Biz güclüyük və Qarabağımızı erməni təcavüzkarlarından mütləq azad edəcəyik deyərəık ruh yüksəkliyi nümayiş etdirdilər. Tədbirin sonunda təlim-tərbiyə işləri üzrə direktor müavini Mətanət Qardaşəliyeva çıxış edərək şagird və müəllim heyətini “Dünya Azərbaycanlılarının həmrəylik günü” və “Yeni il” bayramı münasibətilə təbrik etdi və tədbirin iştirakçılarına və təşkila.tçıları Şahsənəm , Fatimə, Sevinc və Solmaz müəlliməyə məktəb rəhbərliyi adından təşəkkürünü bildirdi
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi