Tolerantlıq Nədir?

17.12.2015-ci il tarixdə 72 nömrəli məktəb-liseyin şagird və müəllim kollektivinin iştirakı ilə “Beynəlxalq Tolerantlıq günü” nə həsr olunmuş “Mən tolerantlığı necə başa düşürəm” mövzusunda dəyirmi masa keçirilmişdir. 72 nömrəli məktəb-liseyin direktoru Əjdərov Polad,şagird və müəllimlərin iştirakı ilə keçirilmiş dəyirmi masada “Tolarantlıq nədir?”, ”Azərbaycanda Tolerantlıq” mövzusunda çıxışlar edilmişdir. Məktəb-liseyin Azərbaycan dili və Ədəbiyyat müəllimi İsmayılov Paşa çıxışında Tolerantlığın dini dözümlülük, yəni digər inanc və əqidələrə dözümlü yanaşmaq, tolerantlığın insan hüquqları və vicdanı ilə bağlılığı, dini dözümsüzlük terror və ekstrizmin qəbul edilməməsinin xarakterik olduğu barədə şagirdlərə məlumat vermişdir. Məktəb-liseyin İngilis dili müəllimi Ağazadə Şahsənəm çıxışında “Azərbaycanda Tolerantlıq” mövzusunda çıxış edərək bildirmişdir ki, tarixən Azərbaycanda formalaşmış tolerantlıq və dözümlülük cəmiyyətimizi səciyyələndirən gözəl bir ənənənəyə çevrilməsindən, dövlətin bu sahədə yürütdüyü siyasət nəticəsində çoxmillətli Azərbaycan cəmiyyətində dinlərarası münasibətində dözümlülüyün özünü yüksək səviyyədə göstərilməsindən danışmışdır. “Dəyirmi masa” da şagirdlər də “Mən tolerantlığı necə başa düşürəm” mövzusunda tarixi faktlara əsaslanaraq geniş diskusiya aparmışlar. Həmçinin, tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mütəmadi olaraq dini icmalarla görüşməsi, onların ehtiyac və problemlərinə maraq göstərməsi, müntəzəm olaraq ölkənin xristian və yəhudi icmalarının əsas dini bayramları münasibətilə təbrik etməsindən danışılmış və Azərbaycanın bir sıra Beynəlxalq tədbirlərə ev sahiblik etməsindən söhbət açılmışdır. Beləliklə, tədbirin sonunda çoxmillətli dövlət kimi Azərbaycan Respublikası bu gün Dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirilməsindən danışıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi