“Kod saatı” tədbiri keçirildi

“Kod saatı” informatika və kompüter haqqında 4 il əvvəl yaradılmış beynəlxalq tədbirdir. Bu tədbirin məqsədi informatika və kompüter elmləri haqqında ali məktəblədə oxuyan tələbələr, eləcə də məktəblərdə oxuyan şagirdlərlə məşhur oyunlardan birinin sadə alqoritmik proqramını hazırlamaqla onlarda  informatika elmi barədə ümumi bilik yaratmaqdır. 2017-ci ildə bu tədbir dünyanın 200 mindən çox, Azərbaycanın isə 23 təhsil müəssisəsində baş tutmuşdur. 72 nömrəli tam orta məktəb-liseyin 7a sinfində ADA Universitetinin 2-ci və 4-cü kurs tələbələri İqbal Hüseynov, Sevana Əhmədzadə, Sevinc Cəfərli, Samir Qəmbərli və Murad Allahverdiyev tərəfindən “Kod saatı” tədbiri təşkil olunmuşdu. Onlar şagirdlərlə məşhur oyunlardan “Angry Birds” və “Zombiland” oyunlarının sadə alqoritmini hazırlamışdılar. Maraqlı oyunlardan əlavə, tələbələr şagirdlərə informatika və proqramlaşdırma, eləcə də kompüter elmləri haqqında qısa məlumat verib, özlərinin hazırladıqları oyun və proqramları göstərərək maraqlanan hər bir şagirdə proqramlaşdırma ilə necə məşğul ola biləcəkləri barədə ətaraflı məlumat verdilər. Sonda isə verilən tapşırıqları uğurla tamamlayan şagirdlərə “Kod saatı” stickeri və sertifikatlar paylandı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi