Konstitusiya Günü münasibətilə keçirilən tədbir

12 Noyabr 2015-ci il tarixində Bakı şəhəri 72 saylı məktəb-liseydə Azərbaycan Respublikası Konstitusiya Günü münasibətilə tədbir keçirilib. Tədbiri sözügedən məktəbin Tarix müəllimi Nərgiz Mikayılova və UBT rəhbəri Şəbəndəyeva İllariyyə köməkliyi ilə 8A sinfinin şagirdləri hazırlayıb təqdim edib. Eyni zamanda tədbir nümayiş olunan foyenin bəzədilməsində 6D sinif şagirdlərinin bu əlamətdar gün münasibətilə hazırladıqları qəzet və lövhələrdən istifadə olunub. Bu tədbir ölkəmizdə ictimai-siyasi və sosial-iqtisadi münasibətlər sistemini tənzimləyən əsas qanunun—Konstitusiyanın mahiyyətini şagirdlərə bir daha dərindən çatdırıb, həmçinin böyük bəşəri dəyərlərə və məzmuna malik olan Azərbaycan Respublikası Konstitusiyasının yaranması gününün müstəqil dövlətimizin, xalqımızın tarixində ən mühüm və ən əlamətdar bayramlardan biri olduğunu nümayiş etdirib.Dünyada mövcud olan ən demokratik konstitusiyalardan biri olan konstitusiyamızın hazırlanması və ərsəyə gətirilməsində Azərbaycan xalqının dahi oğlu, müasir dünyanın məhşur siyasətçisi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlı olması tədbirdə xüsusilə vurğulanıb.Tədbirdə 72 saylı məktəb-liseyin direktoru, müəllim və şagird heyyəti iştirak edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi