Erkən nigahn fəsadları

Məktəbin biologiya müəllimi Şirinova Ritanın təşkilatşılığı ilə 8ə sinifində “ Erkən nigahın fəsadları” mövzusunda maarifləndirici tədbir keçirildi. Erkən nigahların fəsadları, nəticələri barədə şagirdlərə geniş məlumat verildi. Belə ki, erkən nigaha daxil olan qızlar həm psixoloji, həm də fiziki cəhətdən hazır deyillər.Eyni zamanda erkən nigah- daxil olan qızların əsas hüquqlarından biri olan təhsil almaqdan məhrum edir. Bu səbəbdən erkən nigahla bağlı maarifləndirici tədbirlərin davam etdirilməsinin böyük əhəmiyyəti vurğulandı. Sonda şagirdləri mövzu haqqında səhnələşdirilmiş səhnə göstərdilər və onların fikirləri dinlənildi..