Hərəyə bir gül əkək

Bakı şəhəri Təhsil İdarəsinin “ Təbiəti qoruyanlar” adlı layihəyəyə keçən dərs ilindən start verilmişdir. Bu ildə bu layihə çərçivəsində tədbirlərimiz davam edir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar məktəbin həyətində "Hərəyə bir gül əkək" devizi altında güllər əkildi. Təhsilalanların ekoloji maarifləndirmək, tədqiqatçılıq bacarıqlarını artırmaq, istedadlı və yaradıcı şagirdləri aşkar etməkdə bu cürə layihələr davam etdirilir.