Məktəblilər Qobustan Dövlət Tarix və Bədii qoruğunda

Qobustan qədim dövrə aid tarix və incəsət ocağıdır.Qoruqda qədim insanların çəkdikləri qayaüstü rəsmlər,onların həyat və məişəti ilə bağlı diğər maddi mənbələr qorunur.Qobustan qoruğunda mühafizə edilən insan və heyvan təsvirləri,ov,döyüş və rəqs səhnələri ən qədim insanların həyatı haqqında maraqlı məlumat verir.Qayalar üzərində ova getməzdən əvvəl insanların heyvanları ovsunlamaları,qayıq şəkilləri ,yallı gedən insan təsvirləri qədim insanların dini inanclarından,məşğuliyyətindən və ibtidai incəsənətdən xəbər verir.Qobustanda olan Qavaldaşını babalarımızın zərb müsiqi aləti sahəsində etdiyi ixtirası hesab etmək olar.Bütün bunlara görə Qobustan qoruğu UNESKO-nun dünya irsi xəritəsinə daxil edilmişdir. Şagirdləri keçmişimizəmin tarixi abidələrlə tanışə aid tarixi məkanlarla tanış etmək üçün vaxtaşırı həmin ərazilərə ekskursiyalar təşkil edirik.May ayında ibtidai sinif müəlliməsi Ülviyyə Xudaverdiyeva və Tarix müəlliməsi Solmaz Quliyeva şagirdləri Qobustana ekskursiysya apararaq onları tarixi abidəmizlə tanış etmişlər.Şagirdlər muzey eksponatları ilə tanış olmuş,Qavaldaşında musiqi səsləndirmişlər.Onlar bu gəzintidən böyük təəssüratlarla ayrılmışlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi