"İnsan hüquqları aylığı"

"18 may- 18 İyun İnsan Hüquqları Aylığı" çərçivəsində tədbirlər planına uyğun olaraq məktəbin psixoloqu İmaməliyeva Turanə 8"A" və 8"F" siniflərində "İnsan Hüquqları Günü" adlı xüsusi dərs keçmişdir. Dərsdə şagirdlərə insan hüquqlarının tarixi inkişafı, əsas prinsipləri, uşaq hüquqları və bu hüquqların gündəlik həyatdakı əhəmiyyəti barədə geniş məlumat verildi.