"Ailəm və məktəbim" layihəsi ilə bağlı seminar keçirilib

Ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması cəmiyyətin inkişafını şərtləndirən amillərdəndir. Bu münasibətlərin səmərəli təşkili böyüməkdə olan gənc nəslin motivasiya sahəsinin, əxlaqi şüurunun formalaşmasına, uşağın özünü dərk etməsinə və cəmiyyətdəki rolunun müəyyənləşdirməsinə bilik və bacarıqlarının inkişaf etdirməsinə sistemli töhfə verir.
Bu layihə ilə bağlı məktəbdə müxtəlif tədbirlər həyata keçirilir.19 və 20 may 2025-ci il tarixlərində məktəb psixoloqu İmaməliyeva Turanə 8 və 9- cu sinif şagirdləri ilə keçirdiyi seminarda onların ailələrinə ünvanladığı arzu və diləklərini öyrənib və ailə dəyərləri ilə bağlı geniş söhbət aparmışdır.