"Dəyərlərimizi qoruyaq"layihəsi üzrə dərs təşkil olunub

       Milli - mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi,təhsilalanların bu dəyərlərə məhəbbət ruhunda tərbiyə edilməsi ,türk xalqlarının qədim tarixinin hərtərəfli öyrənilməsi,şagirdlərdə yaradıcı düşüncə meyllərinin gücləndirilməsi məqsədilə həyata keçirilən "Dəyərlərimizi qoruyaq"layhəsi üzrə dərs təşkil olunmuşdur.
     17/04/2025-ci il tarixdə məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi və metodbirləşmə sədri Afət Tağıyevanın 5"A" sinfində layihə üzrə təşkil etdiyi bu dərsin mövzusu "Fiziki məşqlər və insan orqanizmi" olmuşdur."Dəyərlərimizi qoruyaq" layhəsinin 10.1 bəndinə əsasən hazırlanmış dərs, "Mətbuat konfransı" tipində təşkil olunmuşdur.Dərsə dəvət olunmuş ixtisas müəllimləri şagirdlərlə birgə fiziki tərbiyənin orqanizm üçün əhəmiyyəti və insan orqanizminin sağlamlığının qorunması mövzusunda diskussiya təşkil etmiş və araşdırma aparmışlar.Beləliklə,"Fiziki tərbiyə və insan orqanizmi" mövzusu dolğun və məzmunlu şəkildə şagirdlər tərəfindən mənimsənilmişdir.
   Afət müəllim,interaktiv və əsaslandırılmış tədrisə yönəlmiş bu  layihə əsaslı dərsdə təşkil etdiyi "Mətbuat konfransı"na məktəbin biologiya müəllimi və həm də direktor əvəzedicisi Zərifə Cəfərovanı ,fiziki tərbiyə müəllimi Şəhla Hüseynovanı dəvət etmişdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi