Pedaqoji Şuranın iclası keçirilib

        2024/2025-ci tədris ili üzrə məktəbin illik  Fəaliyyət Planına əsasən 16.04.2025-ci il tarixdə Pedaqoji Şuranın növbəti iclası keçirilmişdir.
      Məktəbin inkişaf planına uyğun olaraq  müəllimlərin peşəkar inkişafını dəstəklənməsi məqsədilə Pedaqoji Şura sədri Zərifə Cəfərova ilk öncə “Ümumtəhsil məktəblərində keyfiyyətin qiymətləndirmə çərçivə sənədi" ilə müəllimləri tanış etdi.Sonra isə,mövzu ətrafında diskussiya və geniş müzakirə aparıldı.
Daha sonra Pedaqoji Şura iclasında bir sıra vacib mövzular müzakirə olundu. İclasın  gündəliyini aşağıdakı əsas məsələlər təşkil etdi:
 - Hakaton və Bilbacar Layihələrinin İcrası
  Layihələrin icra vəziyyəti müzakirə olundu və layihələrdəki bəzi nöqsanlar və təkmilləşdirmə ehtiyacları vurğulandı.
  Şagirdlər və müəllimlər üçün daha effektiv fəaliyyət planlarının hazırlanması üçün təkliflər verildi.
 - Davamiyyət Problemi və Şagirdlərin davamiyyətinin İzlənməsi
  Əsas problem olaraq şagirdlərin davamiyyətinin izlənməsi və bu sahədəki çətinliklər müzakirə olundu.
  Şagirdlərin məktəbə cəlb olunması və davamiyyətinin daha keyfiyyətli şəkildə izlənməsi üçün qarşıya çıxan problemlər müzakirə olundu və daha effektiv tədbirlər görmək üçün təkliflər verildi.
 -Məktəbdə Nizam-İntizam və Etik Davranış Qaydaları
 Məktəbin nizam-intizam qaydaları bir daha nəzərdən keçirildi.
 Şagirdlərin və müəllimlərin etik davranışlarını qorumağa yönəlmiş tədbirlər və qaydalar müzakirə olundu.
 - Müəllimlərə dair jurnal qeydlərinin vaxtında və düzgün aparılmasının əhəmiyyəti vurğulandı.
  Şagirdlərə dair qeydlərin düzgünlüyü təmin olunması, xüsusilə kiçik summativ qiymətləndirmələrə dair qeydlərdə olan çatışmamazlıqların aradan qaldırılması məsələsinə xüsusi diqqət yetirildi.
- Sinifdənxaric və məktəbdənkənar işlərin təşkili və məktəbdə aparılan tərbiyə işinin vəziyyəti ilə bağlı hesabat dinlənildi.
  -Məktəbdə tərbiyə işinin səmərəli təşkili
  -IX siniflərin buraxılış imtahanlarına hazırlığı
  - Keçirilmiş sinifdənxaric və məktəbdənkənar  tədbirlərin təhlili
  - Onbirincilərin buraxılış imtahan nəticələri şurada ətraflı müzakirə edilib. Müzakirələr zamanı təhsildə keyfiyyətin artırılması, mövcud vəziyyətin təhlili və gələcək hədəflər ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin Azərbaycan dili,  Riyaziyyat və Xarici dil fənlərinin tədrisi vəziyyəti müzakirə olunaraq  müəyyən metodiki məsləhətlər verilib, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi planlaşdırıldı.
 İclasda IX sinif şagirdlərinin buraxılış imtahanına  buraxılması, şagird təhlükəsizliyi, fənn aylığında görülən işlər, risk qrupuna daxil olan şagirdlərlə aparılan işlər və psixoloji dəstək və s. barədə də müzakirələr aparıldı.
İclas zamanı gündəlikdə duran  məsələlərə uyğun olaraq müvafiq qərarlar qəbul olundu.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi