”Bir bədəndə iki can" mövzusunda tanıtım vebinarı keçirilib

     Türkiyə - Azərbaycan əməkdaşlığı çərçivəsində yaradılan "Yaşayan Dəyərlər" eTwinning layihəsinin qurucuları : "Bolu Yeniçağa Yaşar Çelik Çok Programlı Anadolu Lisesi"nin  müəllimi İlknur Pınarcı, "Erzurum Yakutiye Cümhuriyyet Mesleki ve Teknik Anadolu Lisesi"nin müəllimi Derya Dağcı və məktəbimizin ingilis-dili müəllimi İlahə Quliyevanın təşkilatçılığı ilə ”Bir bədəndə iki can" mövzusunda tanıtım vebinarı keçirilmişdir. Görüşə "Erzurum Yakutiye Cümhuriyyet Mesleki ve Teknik Anadolu Lisesi"nin müdiri  Çiğdem Hopur, məktəmizin direktoru Yasin Quliyev və təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova qonaq qismində dəvət olunmuşdular.
     Layihənin əsas məqsədi iki qardaş ölkə arasındakı əməkdaşlığın təhsil üzrə inkişafı zəminində iki qardaş  ölkənin müəllim və şagirdləri arasında bir sevgi körpüsü yaratmaqdır.
     Görüş Yasin Quliyev, Çiğdem Hopur və Zərifə Cəfərovanın çıxışları ilə başlayaraq, türk və azərbaycanlı şagirdlərin hazırladıqları qardaş ölkələr arasında dostluğu, əməkdaşlığı əks etdirən təqdimatlarla  davam etdirildi. Layihənin iştirakçıları, VIII sinif şagirdlərimiz Verdiyeva Aydan, Hacıyev Fərid, Vəliyeva Aysel, Hüseynli Toğrul və Həsənli Leylanın hazırladığı video kompazisiya böyük sevgi ilə izlənildi. Türk şagirdlərinin də bizə ünvanlanan ekran posterləri çox gözəl təəssürat yaratdı...

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi