M.Rahim adına 7 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Cavidan Bayramlı 20 noyabr tarixində rəhbəri olduğu SnackPack layihəsiylə COP29 tədbirində iştirak edib.M.Rahim adına 7 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Cavidan Bayramlı 20 noyabr tarixində rəhbəri olduğu SnackPack layihəsiylə COP29 tədbirində iştirak edib.
Şagirdimiz layihəsini yerli və xarici qonaqlara uğurla təqdim edib.
Qeyd etmək istərdik ki, şagirdimizin yaratdığı SnackPack mobil tətbiqdir.
Sübhan HümbətzadəQızıl medalımız var!
M.Rahim adına 7 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Sübhan Hümbətzadə International Math Challenge - Beynəlxalq Riyaziyyat Yarışmasında yüksək nəticə göstərərək qızıl medala layiq görülüb.
Məktəbimiz onun bu uğuru ilə fəxr edir və gələcək nailiyyətlərində uğurlar arzulayır!
Qızıl medalımız var!Məktəbimizin 9-a sinif şagirdi Sübhan Hümbətzadə və 2-ç sinif şagirdi Hüseynov İsa qızıl medal, 9-a sinif şagirdi Dəmirli Mirzə gümüş medal qazanıb.
FMO - Fermat Riyaziyyat Olimpiadası, 2-11-ci sinif şagirdlərinə riyaziyyat biliklərini sınağa çəkmək və inkişaf etdirmək imkanı təqdim edir. Bu olimpiada müxtəlif səviyyələrdə riyaziyyat problemləri ilə şagirdlərin analitik düşüncə və məntiqi bacarıqlarını artırmağa yönəlib.
Onlara növbəti mərhələdə uğurlar arzu edirik!