7 nömrəli tam orta məktəbin məzunu Aysu AllahverdiyevaSəbail Rayon İcra Hakimiyyətində 2024/2025-ci tədris ili üzrə ali məktəblərə qəbul imtahanında yüksək bal toplayan məzunlarla görüş keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİH-in məsul əməkdaşları, ümumtəhsil məktəblərinin şagirdləri və valideynlər iştirak etmişlər. Çıxış edən Kəmalə Həşimova uğur qazanmış gəncləri təbrik edərək, təhsilin inkişafına yönəlmiş dövlət qayğısından söz açmışdır.
Tədbirdə iştirak edən 7 nömrəli tam orta məktəbin məzunu Aysu Allahverdiyeva da yüksək bal toplayanlar sırasında idi. O, təhsilin inkişafına göstərilən diqqətə görə minnətdarlığını bildirmişdir.
Sonda yüksək bal toplamış məzunlar Fəxri Fərmanla təltif olunmuş, xatirə şəkli çəkdirilmişdir.
Şagirdimiz Aymar BabayevŞagirdimiz Aymar Babayev 20-23 Sentyabr tarixində Birləşmiş Ərəb Əmirliklərin Dubai şəhərində BMT-nin diplomatik simulyasiya konfrasında iştirakından sonra Tunis şəhərində keçiriləcək simulyasiyaya Diplomatik ekspert və Qətər Respublikasında keçiriləcək gənclər forumuna dəvət alıb.
Konfransda həmçinin fəxri qonaqlar və səfirlər iştirak edib. Şagirdimizin moderator olduğu komitənin mövzusu “müasir diplomatiyada Süni İntelektin təsiri və Dayanıqlı İnkişaf Məqsədləri” idi. Nümayəndələr tərəfindən yazılmış qətnamə qəbul olunmuşdur. Konfransda iştirak edən Beynəlxalq Münasibətlər doktoru Dr.Mohammad Ragab Al-Qahtani moderatorları Diplomatik nahara dəvət edib onlarla söhbət edib.
Banu SəfərovaM.Rahim adına 7 nömrəli tam orta məktəbin şagirdi Banu Səfərova, Pekin Dövlət Universitetinə qəbul olan yeganə Azərbaycanlı tələbə kimi @azedu_ ‘ya müsahibə verib.