Nailiyyətlərimiz

Şagirdimiz Rza Rzazadənin qələbəsiNoyabr ayı məktəbimizin VIII-ci sinif şagirdi Rza Rzazadə üçün çox uğurlu oldu. O, boks üzrə "Gömrükçü" cəmiyyətinin Açıq birinciliyində I yeri tutaraq diplomla təltif edildi. Bundan başqa Rza 52 kq çəki dərəcəsində 2004-cü il təvəllüdlü oğlanlar arasında boks üzrə klublararası turnirdə I yerin qalibi kimi qızıl medal qazandı. Şagirdimizi uğurlu qələbələrinə görə təbrik edirik.

Şagirdimiz Elnur Məmmədzadənin qələbəsiM.Rahim adına 7 nömrəli tam orta məktəbin 4ç sinif şagirdi Elnur Məmmədzadə suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına şəhid olmuş Pərviz Əliyevin xatirəsinə həsr olunmuş Bakı şəhəri cüdo üzrə klublararası turnirdə 24 kq çəki dərəcəsində I yeri tutmuş və qızıl medal qazanmışdır. Təbrik edirik!

Respublika müsabiqəsində "Meşə məhsulları" nominasiyası üzrə II yerin qalibləriM.Rahim adına 7 nömrəli tam orta məktəbin şagirdləri Firudin Əlizadə və Fidan Həsənova "Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik" mövzusunda məktəblilərin Respublika müsabiqəsində "Meşə məhsulları" nominasiyası üzrə II yerə layiq görülmüş və diplomla təltif edilmişlər. Təbrik edirik!

HAQQIMIZDA

 Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən M.Rahim adına 7 nömrəli tam orta məktəb d&u...

BİZİM FƏXRLƏRİMİZ

İsmayıl Şikarov

Nəzrin Rəsulzadə .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi