Nailiyyətlərimiz

Şagirdimiz Xanış Həsənovun qələbəsiM.Rahim adına 7 nömrəli tam orta məktəbin şagirdi Xanış Həsənov karate üzrə XIX Azərbaycan Çempionatında 55 kq çəki dərəcəsində I yerə çıxmışdır. Təbrik edirik!

«Heydər Əliyev və Azərbaycan tarixi» adlı kitabin təqdimatıArtıq ikinci ildir ki, Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun bütün orta ümumtəhsil məktəblərində Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş «Heydər Əliyev və Azərbaycan tarixi» mövzusunda elmi-praktiki konfranslar keçirilir. Bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən Ulu ondən Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə öz elmi məqələləri ilə çıxışlar edirlər. Məktəblərdəki konfranslar bitdikdən sonra bu işlərin ən yaxşıları seçilərək kitab şəklində çap olunması qərara alınmışdı. Ötən il ilk dəfə olaraq «Heydər Əliyev və Azərbaycan tarixi» adlı kitab ictimaiyyətə təqdim olunmuşdu. Bu il də məktəblərdə keçirilən tarix konfranslarının yekunu olaraq «Heydər Əliyev və Azərbaycan tarixi» adlı kitabin artıq ikinci cildi işıq üzü görmüşdür. Sevindirici haldır ki, məktəbimizin şagirdləri Emil Rüstəmli və Simran Əliyevin məqalələri də bu kitabda yer almışdır. Təbrik edirik!

Şagirdimiz Sirac Kərimlinin qələbəsiM.Rahim adına 7 nömrəli tam orta məktəbin 4"D" sinif şagirdi Sirac Kərimli 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş VİN ÇUN-KUNG FU döyüş növü üzrə Respublika turnirində III yeri tutmuş və diplomla təltif edilmişdir. Təbrik edirik!

HAQQIMIZDA

 Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən M.Rahim adına 7 nömrəli tam orta məktəb d&u...

BİZİM FƏXRLƏRİMİZ

Ağabaqir Əliyev .

Nailə İsayeva Azər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi