Nailiyyətlərimiz

Şagirdimiz Murtuzazadə Altayın uğuruLütfi Zadə adına Məktəblilərarası 3cü Məntiq Olımpıadasının II yerin qalibi olmuş Murtuzazadə Altay Namiq oglunu məktəbimizin bütün kollektivi adından tebrik edirik . Uğurların bol olsun. Səninlə qürür duyuruq.

Məktəbimizin şagirdi Rəşad Rəhimzadə “İdeya var” gənclərin II Ümumrespublika müsabiqəsinin “Sosial sahə və təhsil” nominasiyası üzrə II yerin qalibi olmuşdurGənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “İdeya var” gənclərin II Ümumrespublika elmi yaradıcılıq müsabiqəsi keçirilmişdir. Layihə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrasını təmin etmək məqsədilə həyata keçirildi. Müsabiqəyə müxtəlif ali təhsil ocaqları, gənc alimlər tərəfindən 187 layihə təqdim olunmuşdur.Bunlardan seçilmiş 25 ən yaxşı iş sərgilənmişdir. 25.12.18-ci il tarixində layihə qaliblərinin mükafatlandırma mərasimi təşkil olundu. Tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, təhsil elm müəssisələrinin rəsmiləri, gənclər təşkilatının nümayəndələri iştirak edirdilər. Qeyd edək ki, müsabiqənin məqsədi gənclərin elmi və yaradıcılıq fəaliyyətini, sosial təşəbbüskarlığını stimullaşdırmaq, innovativ potensialının nümayiş etdirilməsi üçün əlverişli şərait yaratmaq, onları tədqiqat və elmi araşdırma fəaliyyətinə həvəsləndirməkdir. Məktəbimizin 8-ci sinif şagirdi Rəşad Rəhimzadə “İdeya var” gənclərin II Ümumrespublika müsabiqəsinin “Sosial sahə və təhsil” nominasiyası üzrə II yerin qalibi olmuşdur. Bu uğur münasibətilə Rəşadı və məktəbimizin kollektivini təbrik edirik.

Şagirdimiz Hacızadə Əzizənin uğuruBakı şəhəri M.Rahim adına 7 nömrəli tam orta məktəbin VII sinif şagirdi Hacızadə Əzizə Təhsil və Fövqəadə Hallar nazirlikləri tərəfindən 2018-ci ildə keçirilmiş "Fövqəladə hallar uşaqların gözü ilə " respublika uşaq yaradıcılıq müsabiqəsində "Əl işi" nominasiyası üzrə II yer tutduğuna görə fəxri fərmanla təltif olunmuşdur. Təbrik edirik!

HAQQIMIZDA

 Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən M.Rahim adına 7 nömrəli tam orta məktəb d&u...

BİZİM FƏXRLƏRİMİZ

Humay Cəfərli Azad

Hüseyn Zamanlı Rizvan

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi