Nailiyyətlərimiz

Məktəbimizin "90 illik yubileyi" münasibəti ilə keçirilən tədbirdə şagirdlərimizin uğuruSəbail rayonu M.Rahim adına 7 nömrəli tam orta məktəbin "90 illik yubileyi" münasibəti ilə keçirilən tədbirdə məktəbimizin şagirdləri məktəbin sosial-ictimai fəaliyyətində aktiv iştiraklarına görə təşəkkürnamə ilə təltif edildilər.Əhsən uşaqlar,uğurlarınız daimi və bol olsun.

Şagirdimiz Məmmədzadə Elnurun uğuruM.Rahim adına 7 nömrəli tam orta məktəbin şagirdi Məmmədzadə Elnur Olimpiya İdman Litseyi tərəfindən təşkil olunmuş "20 yanvar şəhidləri"nin xatirəsinə həsr edilmiş Cüdo üzrə ROİL-in açıq birinciliyi yarışında 30 çəki dərəcəsi üzrə III yer tutduğuna görə diplomla təltif edilib. Təbrik edirik!

Şagirdlərimizin uğuruSəbail rayonu 7№-li tam orta məktəbin 10-cu sinif şagirdləri Rüstəmli Emil və Əliyev Ağabaqir Bakı Mühəndislik Universitetinin ali təhsil müəsisələri və məktəblər arasında təşkil etdiyi Qış Elm Festivalında “ Pick teoreminin memarlığa tətbiqi” mövzusu ilə I yerə layiq görülmüşlər. Məktəbimizin şagirdlərinin növbəti uğuru münasibəti ilə məktəb kollektivi adından onları təbrik edir və uğurlar arzu edirik. Yolunuz açıq olsun.

HAQQIMIZDA

 Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən M.Rahim adına 7 nömrəli tam orta məktəb d&u...

BİZİM FƏXRLƏRİMİZ

Firavan Əlizadə Süleyman

Nəzrin Rəsulzadə .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi