Lester Universitetində təcrübə proqramı

Lester Universitetində təcrübə proqramında Səbail rayonu M.Rahim adına 7 saylı məktəbin ingilis dili müəllimi Məlahət Rəhimova o cümlədən Bakı şəhərindəki ümumitəhsil müəssisələrində çalışan bir qrup İngilis dili müəllimi "İngilis dili üzrə resurs mərkəzləri" layihəsi çərçivəsində Böyük Britaniyanın Lester Universitetində təcrübə proqramında iştirak edib.Təhsil Nazirliyi və “British Council“un birgə əməkdaşlığı çərçivəsində icra olunan təcrübə proqramının əsas məqsədi Böyük Britaniya ekspertlərinin təcrübəsi və müasir tədris resurslarından istifadə qaydaları əsasında ümumi təhsil müəssisələrində çalışan ingilis dili müəllimlərinin peşəkar inkişafına nail olmaqdan ibarətdir.Nümayəndə heyətinin tərkibində Təhsil Nazirliyinin əməkdaşları Elvin Nəsibov və İlaha Rasulova, “British Council“un ingilis dili proqramlarının rəhbəri Gülşən Hüseynova, S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyası, Ankara liseyi, Elitar gimnaziya, Fizika, riyaziyyat və informatika təmayüllü lisey, Z.Əliyeva adına lisey və 212, 207, 23, 7, 160, 158, 53 nömrəli tam orta məktəblərin İngilis dili müəllimləri təmsil olunub.Təlimlər universitetin əməkdaşları, təcrübəli və peşəkar təlimçilər tərəfindən aparılıb. Təlim prosesi dərsin planlaşdırılması, müvafiq tədris resurslarının seçilməsi, müasir öyrənmə və tədris metodologiyaları, pedaqoji prosesin idarə edilməsi, praktik tədris bacarıqlarına yiyələnmə və digər istiqamətləri əhatə edib. Təlimin sonunda hər bir iştirakçının bacarığı fərdi şəkildə qiymətləndirilib, müvafiq tövsiyələri əks etdirən nəticələr təlim iştirakçılarına təqdim edilib və müəllimlərə beynəlxalq səviyyəli sertifikatlar təqdim olunub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi