“Mənəvi dəyərlərdə mütaliyənin rolu"

. Səbail rayonu M.Rahim adına 7 saylı tam orta məktəbin təşkilatçılığı, Millixəbər.az İnformasiya Portalının informasiya dəstəyi ilə “Mənəvi dəyərlərdə mütaliyənin rolu” mövzusunda tədbir keçirilib.Tədbirdə Yazıçılar Birliyinin Aran Bölməsinin rəhbəri, Şair Sərvaz Hüseynoğlu, şair, oftalmoloq (göz həkimi), Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ümumittifaq komsomol mükafatı laureatı , tibb elmləri doktoru , professor, Amerika Oftalmologiya Akademiyasının həqiqi üzvü, Rusiya Tibb Elmleri Akademiyasinin fexri doktoru, Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Blrliyinin , Dünya Azərbaycanlıları Konqresinin həmsədri Paşa Qəlbinur, Çağdaş Azərbaycanədəbiyyatının tanınmış nümayəndələrindən biri,tanınmış şair-publisist Ağacəfər Həsənli, Aşıq Pəri Məclisinin üzvü, Şairə Gülayə Rzayeva, Gənc yazar Millixəbər.az İnformasiya Portalının baş redaktoru Zamin Zeynal iştirak ediblər.Tədbiri giriş sözü ilə məktəbin direktoru Könül Həsənova açaraq şairləri, tədbir iştirakçılarını salamladı. Bildirdi ki, son dövrlər mütaliyəyə marağın azlığını nəzərə alaraq, Şairlərlə, şagirdlərin görüşlərinin keçirilməsinin əhəmiyyətini nəzərə alaraq şairləri məktəbə dəvət edib. Direktor onu da qeyd etdi bütün biliklərin açarı, mənəviyata gedən yol kitab oxumadan keçir. Qeyd etdi ki, bu cür tədbirlər uşaqların bilik səviyyəsini artırmaqla yanaşı, mənəvi tərbiyyəsində də çox böyük əhəmiyyətə malikdir. Şagirdləri Şairlərlə diskusiyaya dəvət etdi. Sonra söz şairlərə verildi, Şairlər şagirdlərdə mütaliyəyə marağı artırmaq üçün keçdikləri ömür yolundan danışdılar. Müxtəlif dövrlərdə yazdıqları şeir nümunələrini söylədilər. Şagirdləri dünya görüşlərinin formalaşmasında, gələcəklərin elmili, mənəvi cəhətdən saf,şəfaf qurmaları üçün mütaliyyə etmələrinin vacibliyindən bəhs etdilər. Sözün qüdrətindən, sevginin böyüklüyündən, bəşər övladı olan insanın müqədəsliyindən söz açdılar. Qazandıqları uğurlarda mütaliyə vərdişlərinin olmasını dilə gətirərək, şagirdləri kitabxanaya dəvət edərək, bir-birindən fərqli əsərlər, romanlar, povestlər oxumağı tövsiyyə etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi