Zahid Xəlillə görüş

Azərbaycan uşaq ədəbiyyatının ən görkəmli nümayəndəsi həyatını, istedadını , Azərbaycan uşaq ədəbiyyatının inkişafına, öyrənilməsinə sərf edən şair , publisist, dramaturq Zahid Xəlillə 05.02.2016 cı il tarixində Səbail rayon , M.Rahim adına 7 №li tam orta məktəbdə təntənəli görüş keçirildi.Görüşdə İctimai Televiziya və Radio Yayım şirkətinin böyük redaktoru İntizar İsmayıl, məktəbin Valideyn icmasının nümayəndələri, şagirdlər iştirak etdilər.Şagirdlərin təqdim etdikləri ədəbi-bədii kompozisiyasından sonra söz ustadı öz xatirələrini uşaqlarla bölüşdü.Sonunda məktəbin 8-ci sinif şagirdi Hüseynov Həsən çəkdiyi Zahid Xəlilin portretini şairə təqdim etdi.