“Narkomaniya bəşəriyyətin bəlasıdır”

Səbail rayonu , M. Rahim adına 7 saylı tam orta məktəbdə 04.02.2016 – cı il tarixdə “Zərərli vərdişlərə qarşı mübarizə” və “Narkomaniya bəşəriyyət bəlasıdır” mövzusunda geniş tədbir keçirilmişdir. Tədbirdə Bakı Baş Polis İdarəninin narkomaniya mübarizə İdarəsinin xüsusi mühüm işləri üzrə baş əməlliyat müvəkkili Vüqar Nəsirov və Bakı Baş Polis İdarəninin rəis müavini Şahin Məmmədov , Bakı Şəhəri Baş Polis İdarəsinin İctimai təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işinin təşkili bölməsinin əməkdaşları Polis – mayor Məryam Ömərova , Baş leytenant Anar Qasımov , Səbail rayonu narkomaniya mübarizə bölməsinin əməliyyat müvəkkili , Polis leytenantı Bəhram Qasımzadə və Səbail Rayon İcra Hakimyyətinin nümayəndəsi Kəmalə Məmmədova iştirak etmişlər