GƏNCLƏR GÜNÜ BAYRAMI

Səbail rayonu M.Rahim adına 7 saylı tam orta məktəbin direktoru Könül Həsənova 2 fevral gənclər günü ilə bağlı gənclərini təbrik etdi.Dövlət gənclər siyasəti – gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Dövlət gənclər siyasəti müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir. Bunun nəticəsidir ki, yaradıcı gənclərin formalaşmasının başlanğıc təməli məktəblərdən, ali təhsil müəssisələrindən qoyulur. Hər bir gəncin kiçik yaşlarından əldə etmək istədiyi, deyər verdiyi və onun reallaşmasına can atdığı arzuları vardır, bununla yanaşı xüsusi qabiliyyət və bacarıqları vardır ki, onların hesabına yaradıcı gənc kimi formalaşmağa başlayırlar. Gənclərin vətənpərvər ruhlu yetişməsində, dövlətə qayğı göstərməsində, yaradıcı kimi formalaşıb cəmiyyət içərisində yararlana bilməsində ən böyük dəstəkçisi xalqın özüdür. Bu o xalqdır ki, keçmişdən bəri vətən uğrunda döyüşmüş, öz var gücünü göstərmişdir. Gənclər xalqın gələcəyinin ən layiqli göstəriciləridir. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdıramaq məqsədilə təşəbbüsü irəli sürürlər. Heçinin gənclərimiz ölkəmizin bir çox dövlət proqramlarına uyğun xaricdə təhsil imkanını eldə edirlər. Bütün bunlar gənclərlimizin yüksək səviyyəli təhsilə yiyələnmələrinə imkan yaradır. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Ulu öndər Heydər Əliyevin gənclər siyasətini uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin 2006-cı ildə imzaladığı Gənclər və İdman Nazirliyinin yenidən təşkil edilməsi haqqında fərman da mühüm hadisə olmuşdur. Dövlətin gənclərlə bağlı siyasətinin uğurla həyata keçirilməsində bu mühüm addımın cox böyük rolu var. Gənclərin sağlam böyüməsi yolunda atılan bu addımla bütün sahələrdə olduğu kimi idman sahəsində də böyük irəliləyişlər əldə olunmuşdur. Prezident İlham Əliyev tərəfindən 2007-ci ilin “Gənclər ili” elan edilməsi gənclərə ölkə Prezidenti tərəfindən böyük önəm verilməsinin növbəti sübutudur. Hazırda ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Sosial həyatın bütün sferalarına nəzər salsaq, görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Gənclər də dövlət qayğısını daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar. Çünki Prezident İlham Əliyev gənclərə olan münasibətini belə ifadə etmişdir: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. İndi hər birimiz öz fəaliyyətimizdə Dövlət başçısının diqqət və qayğısını doğrultmağa çalışmalıyıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi