Azərbaycan xalqının böyük qələbəsi!
11 Aprel 2018-ci il tarixində Azərbaycan xalqı böyük uğura imza atdı-özünün layiqli oğlunu, İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi.
Bu günə qədər inanılmaz görünən nailiyyətlərimiz deməyə əsas verir ki, Heydər Əliyev mənəvi-siyasi irsinin ən layiqli davamçısı — dövlət başçısı İlham Əliyevin müəllifliyi ilə Azərbaycanın çağdaş tarixinin şanlı səhifələri yazılır. Təsadüfi deyildir ki, bəzi Qərb dövlətlərinin bir neçə yüzillikdə keçdiyi inkişaf yolunu respublikamız çox qısa müddətdə başa vurmuş, siyasi mühitin liberallaşması və demokratikləşmə sahəsində həlledici uğurlara imza atmış, Avrastrukturlara inteqrasiya prosesinə inamlı addımlarla qədəm qoymuşdur. Cənab İlham Əliyev özünün praqmatik və rasional addımları ilə respublikada demokratik proseslərə yeni nəfəs vermiş, ölkənin iqtisadi resurslarının bu yöndə səfərbər olunmasına şərait yaratmışdır.
Bu gün müstəqil Azərbaycan istər siyasi, istər iqtisadi, istərsə də mədəni inkişaf baxımından dünyanın qüdrətli dövlətləri sırasına qəbul edilir. Azərbaycan öz inkişafının keyfiyyətcə daha yüksək mərhələsinə daxil olub. Bu bir daha təsdiqləyir ki, ulu öndərimizin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin məharətlə davam etdirdiyi müdrik siyasi xəttə alternativ yoxdur. Bu işıqlı yol ölkəmizi daha firavan gələcəyə aparır.
Azərbaycan xalqını təbrik edirik!