Şagirdimiz Məmmədli Uğurun qələbəsi

Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə martın 27-30.da Bakıda "Testene - Art" ll Beynəlxalq İncəsənət festival - müsabiqəsi keçirildi. Azərbaycanla yanaşı İtaliya, Rusiya, İsrail və digər ölkələrdən müsabiqəyə 300-ə yaxın iştirakçı qatılıb. Müsabiqədə münsiflər heyəti kimi Rusiyanın Xalq artisti Viktor Pelenyaqre, Rusiya və Tatarıstan Xalq artisti Renat İbrahimov, bəstəkar, pianoçu, Litva musiqi akademiyasının professoru Arturas Ankskauskas, Vilnüs musiqi akademiyasının professoru Petros Kunka və festivalın fəxri qonağı qismində Fabio Lamborqini iştirak ediblər. Festivalda qalib gələn iştirakçılar l, ll, lll dərəcəli diplomlarla təltif olunub. 
7 saylı tam orta məktəbin 3.cü sinif şagirdi Məmmədli Uğur 29 mart Mərdəkan mədəniyyət sarayında keçirilən müsabiqədə 4 - 8 yaş qrupu üzrə solo rəqs ifa edərək müsabiqənin iştirakçısı olmuşdur. O, bu müsabiqənin şərtlərinə görə 2 rəqs ( Şalaxo və Azəri rəqsi )ifa etdi. Onun hər iki ifası münsiflər heyətinin və tamaşaçıların alqışlarına səbəb oldu. İfa xarici qonaqların heyrətinə səbəb oldu, onlarda xoş ovqat yaratdı. Martın 30.da qaliblərin mükadatlandırma mərasimi oldu. Və Uğur Məmmədli l yerə layiq görülərək kubok, I dərəcəli diplom və medalla təltif edildi. Mükafatlandırmadan sonra qaliblərin qala konserti keçirildi. Və Uğur Məmmədli qala konsertdə "Şalaxo" rəqsini ifa etdi. Sonra münsiflər heyəti ilə xatirə şəkli çəkildi. Qaliblər 2018-ci il iyun ayında İtaliyada keçiriləcək Beynəlxalq festivala dəvət olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi