Şagirdlərimiz Memorial Soyqırım muzeyində

M.Rahim adına 7 nömrəli tam orta məktəbin 9"C" və 10"B" sinif şagirdləri Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırım muzeyində oldular. Şagirdlər "Xocalı soyqırımı"nın dəhşətlərini özündə əks etdirən filmə baxdılar. Daha sonra muzeydəki eksponatlarla tanış oldular. Muzeyin girişində yerləşdirilmiş rəsm əsərləri soyqırım qurbanlarının matəm sükutunu özündə əks etdirirdi. Bələdçi xalqımıza qarşı törədilmiş soyqırım, deportasiya, hərbi cinayətlər barədə xarici və Azərbaycan müəllifəlirinin sənədləri haqqında maraqlı məlumatlarla şagirdləri tanış etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi