"Reproduktiv sağlamlıq" mövzusunda seminar
M.Rahim adına 7 nömrəli tam orta məktəbin şagirdləri "Reproduktiv sağlamlıq" mövzusunda mütəxəssis-həkimlər tərəfindən keçirilən maraqlı seminarda iştirak etdilər. Çıxışlar zamanı reproduktiv sağlamlıq, sağlam həyat tərzi, reproduktiv sistemin anatomik və fizioloji xüsusiyyətləri, yeniyetmələrin orqanizmində psixo – emosional dəyişikliklər, şəxsi gigiyena, riskli və zərərli davranışlar haqqında məlumatlar verildi. Şagirdləri maraqlandıran suallar cavablandırıldı.