"Gələcəyin sağlam əsgəri" layihəsi çərçivəsində tədbir
Azərbaycan Respublikası Prezidentinin yanında "Gənclər Fondu"nun dəstəyi ilə "Gələcəyin sağlam əsgəri" layihəsi çərçivəsində M.Rahim adına 7 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə layihə rəhbəri Amil Şirinli, Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi polkovnik Əzizağa Qənizadə, Səbail rayonu İcra Hakimiyyətinin ictimai, siyasi və humanitar məsələlər şöbəsinin nümayəndəsi Vətən Rüstəmli və məktəb kollektivi iştirak edirdi. Tədbirdə şagirdləri maraqlandıran suallara cavablar verildi.