"Məktəblilərin İT yönümlü peşələrə istiqamətləndirilməsi" mövzusunda seminar
M.Rahim adına 7 nömrəli tam orta məktəbdə "Məktəblilərin İT yönümlü peşələrə istiqamətləndirilməsi" mövzusunda "Gənclik və maarifçilik" İctimai Birliyinin, NRYT nazirliyinin Təlim-tədris Mərkəzinin əməkdaşlarının, ADPİ-nin dosenti İlham Əhmədovun iştirakı ilə seminar keçirildi. Seminarda Azərbaycan Respublikası Prezidentinin yanında "Gənclər Fondu"nun grantı hesabına "Gənclik və maarifçilik"İctimai birliyinin "Gənclərin İT yönümlü peşələrə istiqamətləndirilməsi" adlı layihə barədə ətraflı məlumat verildi. Daha sonra layihənin digər tərəfdaşı NRYT nazirliyi "Elektron Hökumət" Təlim-tədris Mərkəzinin baş mütəxəssisi Zakir İbrahimov İT sahəsində olan peşələr və onlara yiyələnmək yolları barədə söhbət etdi. Şagirdlərin suallarına ətraflı cavablar verildi. Layihə məktəblilərin böyük marağına səbəb oldu.