"Hər vərəqi bir yarpağa dəyişək" adlı layihədə iştirakımız
M.Rahim adına 7 nömrəli tam orta məktəb "Hər vərəqi bir yarpağa dəyişək" adlı layihənin iştirakçısıdır. Layihədə məktəbimizlə yanaşı Nəsimi rayonundakı 5 nömrəli tam orta məktəb və Binəqədi rayonundakı 283 nömrəli tam orta məktəb də iştirak edir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən layihənin devizi "Təbiətin qorunması üçün 10 mesaj"-dır.