"Təki Vətən sağ olsun" adlı filminin təqdimatı

Bu gün M.Rahim adına 7 nömrəli tam orta məktəbdə "Azərbaycan Bayrağı" ordenli aprel şəhidi mayor Urfan Vəlizadənin qəhrəmanlığı haqqında filmin təqdimatı keçirildi. Tədbiri məktəbin direktoru Könül Həsənova açaraq belə tədbirlərin önəmli olduğunu söylədi. Daha sonra "Təki Vətən sağ olsun" filminə baxış oldu. "Qadın və cəmiyyət" Vətəndaş Maarifçiliyi İctimai Birliyinin sədri Şəbnəm Rəfaelqızı, şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev, QHT rəhbərlərindən Cəsarət Hüseynzadə, Büllur Cavadqızı, Mətanət Əsgərqızı, şəhidin həyat yoldaşı Könül Vəlizadə və məktəblilər çıxış edərək belə filmlərin hərbi-vətənpərvərlik təbliğatında önəmli yer aldığını qeyd etdilər. 
"Təki Vətən sağ olsun" adlı filmdə ailə üzvləri, dostları gənclərimizə nümunə olacaq bir qəhrəman haqqında xatirələrini dilə gətiriblər.
Qeyd olunub ki, 2016-cı ilin aprel döyüşlərində mayor Urfan Vəlizadə, mayor Təbriz Musazadə və baş leytenant Əbu Bəkir İsmayılov Füzuli istiqamətində gedən döyüşlər zamanı işğalçı Ermənistan ordusunun bölmələrinin hücumunun qarşısının alınmasında böyük qəhrəmanlıq, şücaət göstəriblər. Qəhrəman pilotlarımızın idarə etdiyi “Mi-24” helikopteri Azərbaycan ordusunun mövqelərinə hücum edən düşmən qüvvələrinə böyük zərbə vurub. Onların bu qəhrəmanlığı hücumun dəf olunmasında həlledici rol oynayıb.
Hərbi helikopter döyüş tapşırığını uğurla yerinə yetirib qayıdan zaman artıq Azərbaycan ordusunun mövqelərinə güclü hücum həyata keçirmək imkanlarını itirmiş düşmənin əsas hədəfi olub. Şəhid pilotlarımız 11 aprel 2016-cı ildə Bakı şəhərindəki II Fəxri Xiyabanda dəfn olunublar.
Filmin layihəsi "Qadın və Cəmiyyət" Vətəndaş Maarifçiliyi İctimai Birliyi tərəfindən Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə gerçəkləşdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi