Məktəbimizin “School Enterprise Challenge” layihəsində iştirakı
Məktəbimiz yeni beynəxalq layihəyə qoşulub. “School Enterprise Challenge” layihəsi məktəblər üçün yaradılmış şagirdyönümlü biznes təşkilinin əsasları üzrə beynəlxalq yarışmadır. Layihənin məqsədi şagirdləri iş dünyasına daha yaxşı hazırlamaq və gələcəkdə sosial cəhətdən daha məsuliyyətli sahibkarlıq bacarıqlarını inkişaf etdirməkdir.
“School Enterprise Challenge” layihəsi məktəblərdə qlobal sahibkarlıq tədbirlərinin əsaslarına sabahın qurucularının və liderlərinin yetişməsində və inkişaf etdirilməsində mühüm əhəmiyyətə malikdir. Layihə çərçivəsində görülən tədbirlər məktəblilərə əsas həyati bacarıqların (ünsiyyət, komandada işləmək bacarığı və liderlik) inkişaf etdirilməsində kömək etməklə yanaşı, həm də onlara böyük qlobal bir komandanın tərkib hissəsi olduğunu aşılayır.
Layihədə dünyanın 100-dən çox ölkəsindən olan məktəblər iştirak edirlər. Layihənin ilk mərhələsində iştirakçı məktəblərin göndərdikləri təqdimetmə klipləri hazırlanıb. Digər mərhələlərdə yeni iş ideyasi və planı təqdim ediləcək. Məktəbimizin şagirdləri bu layihədə iştirakdan zövq alırlar.