“Bayraq günü”nə həsr edilmiş tədbir

08.11.2017-ci il tarixində 7, 245 və 189-190 № li məktəblərin birgə təşkilatçılığı ilə “Bayraq günü”nə həsr edilmiş tədbir keçirildi. Tədbirdə hər 3 məktəbdə 3 nominasiya (inşa, rəsm və şer) üzrə keçirilən müsabiqələrin qalibləri çıxış etdilər.189-190 nömrəli tam orta məktəbin foyesində təşkil edilmiş rəsm sərgisi, şagirdlərin ifasında vətənpərvərlik və bayraq mövzusunda səslənən şeirlər, vətənə, müqəddəs bayrağımıza olan əvəzsiz sevgidən yoğrulan inşa yazılar tədbir iştirakçılarında unudulmaz anlar yaşatdı.Tədbirin sonunda məktəblərin rəhbərləri bu əməkdaşlığın hər bir tədris ocağının fəaliyyətinə müsbət təsir göstərəcəyinə, şagirdlər və müəllimlər arasında sağlam rəqabətin formalaşmasına təkan verəcəyinə əminliklərini bildirdilər.Sonda müsabiqə qalibləri-şagirdlər hədiyyələrlə mükafatlandırıldılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi