"Mən oxudum, sən də oxu!" devizi altında kitabxanada məşğələ

M.Rahim adına 7 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdləri sinif müəllimi Nigar Hacızadənin rəhbərliyi ilə məktəb kitabxanasına səyahət etdilər. Onlar kitabxanadakı mütaliə guşəsində "Mən oxudum, sən də oxu!" devizi altında maraqlı məşğələ keçdilər. "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" -deyən ulu öndər Heydər Əliyevin sözlərini kitabxana müdiri Elmira xanım Sofiyeva dördüncülərə böyük məhəbbətlə nümunə gətirdi. Kitabxanada keçirilən tədbirlər haqqında məlumat uşaqlar üçün çox maraqlı idi. Şagirdlərimiz müxtəlif layihələrlə, milli guşə ilə tanış oldular.Uşaqlar kitabxanadan böyük təəssüratla ayrıldılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi