Məzunlarımızla fəxr edirik.

11.09.2017-ci il tarixində Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.Konfransda Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, nazirliyin struktur bölmə rəhbərləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, məktəb direktorları, müəllimlər, məzunlar və media nümayəndələri iştirak ediblər.Tədbirdən öncə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları və bir sıra təhsil işçiləri Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək ruhuna hörmət və ehtiramlarını bildiriblər.Konfransın sonunda ümumi təhsil müəssisələrinin qızıl və gümüş medala layiq görülən məzunlarına hədiyyələr təqdim edilib.Təltif olunanlar arasında məktəbimizin məzunu Firavan Əlizadə də vardir. Məzunlarımızla fəxr edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi