Şagirdlərimizlə fəxr edirik!

Məktəbimizin tarixinə öz şərəfli adlarını yazdıran bütün məzunlarımızla fəxr edirik. M.Rahim adına 7 nömrəli tam orta məktəb daim öz məzunları ilə yüksəkdə olub. Bu gün o yüksəkliyin zirvıəsində Firavan Əlizadə durur. Ona sonrakı fəaliyyətində ən gözəl nailiyyətləri arzu edirikM.Rahim adına 7 nömrəli tam orta məktəbin məzunları Rəsulzadə Ağa, Rəsulzadə Aydan və Panaliyev Amin məktəbi fərqlənmə attestatı ilə bitirmişlər. IX sinif şagirdlərimiz Şikarov İsmayıl, Bayramlı Fərid, Hüseynova Nilufər və Həsənzadə Məryəm fərqlənmə attestatı ilə dərs ilinə yekun vurmuşlar. Məktəbimizin şagirdləri ilə fəxr edirik və onları təbrik edirik!