"Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik " mövzusunda şagirdlərimizin uğuru

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə keçirdiyi "Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik " mövzusunda məktəblilərin II Respublika müsabiqəsinin zona mərhələsində məktəbimizin şagirdləri Firavan və Firudin Əlizadələr uğurla çıxış ediblər.