“Son zəng” tədbiri

14.06.2017 – ci ildə Səbail rayonu M. Rahim adına 7 № tam orta məktəbdə “Son zəng” böyük təntənə ilə keçirildi. Tədbirdə Səbail rayonu İcra Hakimiyyətinin nümayəndələri Ayaz İmaməliyev , Vətən Rüstəmli , Bakı şəhəri üzrə Təhsil İdarəsinin məktəbdənkanar şöbəsinin nümayəndəsi Rövşən Əliyev ,məktəb kollektivi, valideyinlər və məktəbi əvvəlki illərdə bitirən məzunlar da iştirak edirdi. Məktəb rəhbərliyi və qonaqlar məzunlara öz ürək sözlərini bildirdilər.Məktəbin məzunları öz maraqlı çıxışları ilə hamını heyrətə gətirdilər. Əziz məzunlarımız sizi məktəb kollektivimiz adından təbrik edirik! Həyat yollarınız işıqlı olsun.