M.Rahim adına 7 nömrəli tam orta məktəbin tarix müəllimi Yeganə Bağırovanın təşkilatçılığı ilə VIa sinif şagirdləri Azərbaycanın qədim və gözəl guşələrindən biri olan Şamaxı şəhərinə səyahət etdilər. Məqsəd "Qədim Alban şəhəri-Şamaxı" mövzusunda növbəti tarix dərsinin keçirilməsi və bu torpağı canlı seyr etmək idi. Şagirdlər canlı dərsdən çox məmnun qaldıqlarını bildirdilər