M.Rahimin 110 illiyinə həsr edilmiş "Biz gedərik qoca dünya qalandır” adlı xatirə gecəsi

03.05.2017-ci il tarixində Rəşid Behbudov adına Mahnı Teatrında Səbail rayonu M. Rahim adına 7 № li tam orta məktəbin xalq şairi M. Rahimin 110 illiyi və məktəbə onun adının verilməsinin 40 illiyinə həsr olunmuş “Biz gedərik qoca dünya qalandır” adlı bədii gecəsi keçirildi. Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndələri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, iqtisad elmləri doktoru, professor, Milli Məclisin deputatı Ziya Səmədzadə, Azərbaycan Respublikası Milli Məclisi Aparatının Sosial Qanunvericilik Şöbəsinin müdiri , II dərəcəli dövlət müşaviri, fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Abbasova, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivinin direktor müavini Elmira Ələkbərova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Səbail rayonu İcra Hakimiyyətinin nümayəndələri, pedaqoqika üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist, Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti, Məmməd Rahim yaradıcılığının araşdırmaçısı Qafar Əsgərzadə, KİV nümayəndələri, məktəbin müəllim kollektivi, veteran müəllimləri, məktəbin məzunları və valideynləri iştirak edirdilər.Xatirə gecəsində M.Rahimə həsr edilmiş film nümayiş etdirildi. Məktəbin şagirdlərinin çıxışı hamıda xüsusi maraq oyatdı. Onlarla yanaşı respublikanın görkəmli incəsənət xadimləri də öz rəngarəng müsiqi nömrələrini təqdim etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi