"Ən yaxşı dərs" layihəsi çərçivəsində açıq dərslər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdindəki Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil edilən "Ən yaxşı dərs" layihəsi çərçivəsində 26.04.2017-ci il tarixdə M.Rahim adına 7 nömrəli tam orta məktəbdə ibtidai sinif və fənn müəllimlərinin açıq dərsləri keçirildi. Dərslər müzakirə və təhlil edildi. Müsbət cəhətlər və iradlar qeyd edildi, tövsiyələr verildi. İbtidai sinif müəllimi Kəmalə Məmmədovanın qabaqcıl təcrübəsinin öyrənilməsi və yayılmasına qərar verildi.