"Reproduktiv sağlamlığın tədrisi" proqramı çərçivəsində seminar

Səbail rayonu, M.Rahim adına 7 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyiniñ təşəbbüsü ilə "Reproduktiv sağlamlığın tədrisi" proqramı çərçivəsində seminar təşkil edildi. Seminarı "Ümidli Gələcək" Gənclər İctimai Birliyinin əməkdaşı sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı məlumat verdi və məzmuna aid videoçarx nümayiş etdirdi. Şagirdlərin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması haqqında müxtəlif suallara cavab verildi.