16.03.2016-cı il tarixində M.Rahim adına 7 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Kəmalə Məmmədovanın təşkilatçılığı ilə 2b sinfinin şagirdləri Novruz bayramı ilə əlaqədar milli adət və ənənələrimizi özündə əks etdirən "Milli və mənəvi dəyərlərimiz" adlı tədbir keçirdilər. Şən və istedadlı şagirdlərimiz Novruz bayramı haqqında maraqlı çıxışlar etdilər. Musiqi nömrələri və rəqslər hamıya bahar əhvali-ruhiyyəsini bəxş etdi.